11 Aralık 2021 Cumartesi

Mövlanov Vüqar Tumarxan oğlu


Mövlanov Vüqar Tumarxan oğlu


Vüqar Tumarxan oğlu Mövlanov 10 dekabr 1994-cü ildə Lerik rayonunun Günəşli kəndində anadan olub. 3 qardaş 1 bacı olmaqla ailədə 6 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. 2000-ci ildə Lerik rayon Günəşli kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2011-ci ildə həmin məktəbinn 11-ci sinfini başa vurub. 2013-cü ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Vüqar Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Xidmətini nöqsansız başa vurduqdan sonra evinə qayıdıb. 2 il müddətində mühafizə polisi vəzifəsində işləyib. İş yerləri bağlandığından, Vüqar işsiz qalmamaq üçün fəhləliklə məşğul olmağa başlayıb. 


2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsində iştirak etmək istəyən Vüqar həmin ayın 27-də könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçir və müharibəyə yollanır. Füzuli, Hadrut və Şuşa uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Vüqar 06 noyabr 2020-ci il tarixində Şuşa uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi doğulduğu Lerik rayonunun Günəşli kəndinə gətirilir və böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılıb.


Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Günəşli kəndində anadan olan Vüqar Tumarxan oğlu Mövlanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 

Hiç yorum yok:

Yorum Gönder