20 Aralık 2021 Pazartesi

Daşqın Quliyev Nəcməddin oğlu


Şəhid Daşqın Quliyev Nəcməddin oğlu


Daşqın Quliyev 20 dekabr 2001-ci il tarixində Şabran rayonunun Rəhimli kəndində anadan olub.


İlqar Abbadov adına Rəhimli kənd tam orta məktəbində təhsil alıb.


Təhsilini başa vurduqdan sonra 8 yanvar 2000-ci il tarixində müddətli həqiqi hərbi xidmətə yollanıb.


Azərbaycan Ordusunun əsgəri olan Daşqın Quliyev 27 sentyabr 2020-ci il başlanan Vətən müharibəsinin ilk günlərindən xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərdə iştirak edib.


Daşqın Birinci Qarabağ Müharibəsində şəhid olmuş əmisi Coşqun Quliyevin qisasını almaq eşqi ilə yaşayırdı və məqsədinə çatdı. 


Daşqın Quliyev Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 16 oktyabr 2020-ci il tarixində Füzuli döyüşləri zamanı Şəhidlik zirvəsinə ucalıb 

Qeyd edək ki şəhidimizin Əmisi Coşqun Quliyev 1 ci Qarabağ döyüşlərində itkin düşüb.

Şəhidimiz Şabran şəhərində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Daşqın Quliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder