23 Aralık 2021 Perşembe

Xıdırov Elgün Fuad oğlu


Şəhid  baş leytenant Xıdırov Elgün Fuad oğlu

1989-cu ildə dekabr 23-də Goranboy rayonu Xoylu kəndində anadan olan qəhrəmanımız 2007-ci ildə orta məktəbi, 2011- ci ildə Gəncə Dövlət Universitetinin məzunu olub. Ədliyyə Nazirliyinin N nömrəli alayında müddətli həqiqi hərbi xidmətdən sonra ehtiyata buraxılıb. 

Bir müddət marketing mütəxəsisi kimi işləyən Elgün 2014-cü ilin noyabrında Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ehtiyat zabit kursuna daxil olub. 2015-ci ilin fevral ayının 11-də bölük komandirinin şəxsi heyət ilə iş üzrə müavini ixtisasını bitirib,  leytenant, daha sonra Baş leytenant hərbi rütbəsi alıb. 

Döyüşlər başlayana qədər N nömrəli hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün komandiri vəzifəsində xidmət edirdi. 

Füzuli rayon istiqamətində düşmənin istehkamını darmadağın edən BMP komandiri baş leytenant Elgün Xıdırov yaralı olmasına baxmayaraq son damla qanına qədər vuruşub və şəhidlik məqamına ucalıb...

"Vətən uğrunda" , "Füzuli rayonunun azad olunmasına görə " medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder