23 Aralık 2021 Perşembe

Əsgər Hüseynov Vaqif oğlu



Əsgər Hüseynov Vaqif oğlu

24 Dekabr 1998-ci ildə Balakən rayonunun Kortala kəndində doğulub.

2004-2012-ci illərdə Q.Nağıyev adına Kortala kənd tam orta məktəbində təhsil alıb.

2012-ci ildən Zaqatala rayonunda Əliabad İslam Mədrəsəsində dini təhsil almağa başlayıb.

Əsgər Hüseynov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əsgər Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Əsgər Hüseynov oktyabrın 25-də Xocavənd döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


 TƏLTİFLƏRİ

15.12.2020— "Vətən uğrunda" medalı


25.12.2020- “Füzulinin azad olunmasına görə” medalı


24.12.2020- “Cəbrayılın azad olunmasına görə” medalı


 24.06.2021- “Cəsur döyüşçü medalı”


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder