15 Aralık 2021 Çarşamba

Əsədov Murad Rüstəm oğlu



Əsədov Murad Rüstəm oğlu

Murad Əsədov 15 dekabr 1999-cu ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Ağcabədi rayon şəhid Ceyhun Cəfərov adına Şərəfxanlı kənd tam orta məktəbində orta təhsil almışdır.


Murad Əsədov 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.


Azərbaycan Ordusunun əsgəri olan Murad Əsədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq 29 sentyabrdan vuruşmuşdur. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Murad Əsədov 8 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Əsədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Murad Əsədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.



Hiç yorum yok:

Yorum Gönder