23 Aralık 2021 Perşembe

Ramazanov Fərid Ömər oğlu


 Ramazanov Fərid Ömər oğlu

Fərid Ramazanov 1991-ci il dekabrın 23-də Qax rayonunun Qum kəndində anadan olub. Milliyətcə Saxur idi.1998-2009-cu illərdə Z. Müslümov adına Qum kənd orta məкtəbində təhsil alıb. Ailəli idi, bir oğlu yadigar qaldı.

Fərid Ramazanov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan bir müddət sonra Silahlı Qüvvələrin TTM-də gizir hazırlıq təlimlərini bitirib. "Gizir" hərbi rütbəsi aldıqdan sonra isə hərbi xidmətinə davam edib. 2018-ci ilin yanvarından Azərbaycan Silahlı Qüvvələri "N" saylı hərbi hissəsində Taqım Komandirinin müavini vəzifəsində çalışırdı.

Azərbaycan Ordusunun giziri olan Fərid Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Ramazanov oktyabrın 9-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Qax rayonundə dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Ramazanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Ramazanov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Ramazanov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.



Hiç yorum yok:

Yorum Gönder