20 Aralık 2021 Pazartesi

Ramil Ağayev Mərdan oğlu


Ramil Ağayev Mərdan oğlu

20 Dekabr 1984-cü il dekabrın 20-də Lerik şəhərində anadan olub. 

Azərbaycan Ordusunun mayoru olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Ağayev oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub. Lerik şəhərində canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub. Ailəli idi. 2 övladı yadigar qaldı.


 TƏLTİFLƏRİ

26.06.2008 — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı


26.06.2013 — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı


26.06.2015 — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı


26.06.2018 — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı


26.06.2020 — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı


15.12.2020 — "Vətən uğrunda" medalı 


24.12.2020 — "Cəbrayılın azad olunmasına görə" medalı 


05.11.2021 — "İgidliyə görə" medalı 


05.11.2021 — 3-cü dərəcəli "Rəşadət" ordeni 


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder