13 Aralık 2021 Pazartesi

Şahadət Üsüfov


 

Şahadət Üsüfov 2000-ci ilin dekabr 13-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.


2006-2017-cı illərdə Ə.Məmmədov adına 1 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb.


Şahadət Üsüfov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb.


Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahadət Üsüfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.


Oktyabrın 10-da Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində dəfn edilib.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!



Hiç yorum yok:

Yorum Gönder