10 Aralık 2021 Cuma

Cəfər Cəfərli Babacəfər oğlu



Cəfər Cəfərli Babacəfər oğlu

11 Dekabr 1999-cu ildə Yardımlı rayonunun Avun kəndində anadan olmuşdur. Hər zaman hərbçi olmaq arzusunda olub. Lənkəran Dövlət Universitetinə daxil olsa da, orada təhsilini davam etdirmək istəməyib. Vətənə bağlılığı onda hərbçi olmaq arzusu yaradıbmış. Xüsusi Təyinatlılar dəstəsində xidmət edən Cəfərli Cəfər kiçik çavuş rütbəsi ilə təltifləndirilmişdir. Noyabr ayının 2-si qardaşı ilə danışan zaman  göndərdiyi şəkilləri hər zaman paylaşmalarını xahiş edərək onlardan haqlarını halal etmələrini istəyib. Qeyd edək ki, bu şəhidimizin yaxınları ilə son danışığı olub. (Şəhidimizin arzusuna görə paylaşılan ilk 3 şəkil həmin şəkillərdir.) Bundan sonra Cəfərdən xəbər almaq mümkün olmayıb.

 Xasiyyətcə çox sadə bir insan olub. Sentyabr ayının 27-də Azərbaycan torpaqlarını Ermənistan işğalından azad edilməsi uğrunda başlayan Vətən müharibəsində şücaətlə iştirak edib. Qubadlıda gedən döyüşlərdə yaralanıb, sağaldıqdan sonra yenidən cəbhəyə yollanıb. Ümumilikdə Füzuli, Cəbrayıl, Kəlbəcər, Şuşa uğrunda döyuşlərdə iştirak edib.  Lakin Kəlbəcər və Şuşa uğrunda gedən döyüşlərdən sonra ondan xəbər almaq mümkün olmayıb. Yaşı az olmasına baxmayaraq böyuk şücaətlər göstərmiş qəhrəmanımızdan yalnız 2020-ci il Dekabr ayının 13-ü, doğum günündən cəmi 2 gün sonra xəbər alınıb. Şuşa uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən Daşaltı kəndində  qəhrəmancasına şəhid olduğu məlum olub. 

 

TƏLTİFLƏRİ

15.12.2920- "Vətən uğrunda medalı"

24.12.2020- "Cəbrayılın azad olunmasına görə" medalı

29.12.2020- "Şuşanın azad olunmasına görə" medalı

25.12.2020- "Füzulinin azad olunmasına görə" medalı

24.06.2021 "Xocavəndin. azad olunmasına görə" medalı 

24.06.2021- "Kəlbəcərin azad olunmasına görə" medalı

24.06.2021- "Cəsur döyüşçü" medalı

24.06.2021 - ''Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

05.11.2021-"Azərbaycan bayrağı" ordeni


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder