13 Aralık 2021 Pazartesi

Şahin Ağayev Azər oğlu


 
Şahin Ağayev Azər oğlu
13 dekabr 1993-cü ildə Bakı şəhərində doğulub. 2000-2011-ci illərdə Bakı şəhərində yerləşən 286 saylı orta məktəbdə təhsil alıb. 2011-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasına qəbul olmuş, 2016-cı ildə Akademiyanı pilot ixtisası üzrə fərqlənmə  diplomu ilə bitirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Şahin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində qoşulub. Oktyabrın 25-də Qubadlıda şəhid olub.
Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər Xiyabanına köçürülüb.

 
TƏLTİFLƏRİ
15.12.2920- "Vətən uğrunda” medalı

24.12.2020- "Cəbrayılın azad olunmasına görə" medalı

24.12.2020- "Füzulinin azad olunmasına görə" medalı

24.06.2021- “Cəsur döyüşçü” medalı

Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!
Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder