16 Aralık 2021 Perşembe

Şəhid Faiq İsrafil oğlu Qalayçiyev



 

Şəhid Faiq İsrafil oğlu Qalayçiyev

16.12.2001 ci il Balakən rayon Kortala kəndində doğulub.

2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.


Vətən müharibəsinə qədər Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsində xidmət edib.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Faiq Qalayçiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.


Faiq Qalayçiyev noyabrın 2-də Zəngilan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində torpağa tapşırılıb.

"Vətən uğrunda" medalı ilə təltif edildi.

 “İgidliyə görə” medalı ilə təltif edildi.

 "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder