11 Aralık 2021 Cumartesi

Zaur Ağalı


 

Zaur Ağalı 11 dekabr 1996-cı ildə Lənkəran rayonunun İstisu qəsəbəsində anadan olmuşdur. 2003-cu il İstisu qəsəbəsi R.Qurbanov adına orta məktəbə daxil olub, 2014-ci ildə həmin məktəbi bitirib 2015-ci aprel ayında həqiqi hərbi xidmətə yollanıb. 2016-ci ildə oktyabr ayında xidmətini başa vurub. 


Zaur Ağaıll 2017-ci ildə ailə həyatı qurub. 2018-ci il iyul ayının 7-sində bir oğlan övladı dünyaya gəlib.


Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Zaur Ağalı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Cəbrayıl döyüşləri və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərndə savaşıb. Zaur Ağalı Füzuli istiqamətinndə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Zaur Ağalı oktyabrın 22-də yaşadığı qəsəbə qəbristanlığında böyük izdihamla dəfn olundu.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Ağalı ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder