23 Aralık 2021 Perşembe

Mikayıl Əlibəyli


Mikayıl Əlibəyli 23 dekabr 1992-ci il tarixində Mingəçevir şəhərində anadan olub. 

Orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhərində hərbi xidmətdə olub. 

Xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində bir müddət şirniyyat sexində çörəkçi kimi çalışıb. İki il müddətə yaxın isə  Mingəçevirdə çörəkçi kimi işləyib. 

Vətən müharibəsi başlayanda  hərbi səfərbərlikə vətənin müdafiəsinə yola  düşüb. 

Mikayıl Əlibəyli Tərtər, Ağdərə, Suqovuşan uğrunda gedən döyüşlərdə düşmənə qarşı döyüşüb. 06 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb. 

Şəhidimiz oktyabırn 7-də Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib. 

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif  edilib. 

Allah rəhmət eləsin!



Hiç yorum yok:

Yorum Gönder