21 Aralık 2021 Salı

Rəfiyev Seyfəl Musa oğlu



Şəhid Rəfiyev Seyfəl Musa oğlu

1997-ci il dekabr ayının 21-də Siyəzən şəhərində anadan olub. 2014-cü ildə şəhər 3 saylı tam orta məktəbi bitirib. 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə xidmətini başa vurub. 2018-ci ildə yenidən hərbiyə qayıdaraq müddətdən artıq hərbi qulluqçusu kimi Vətənə xidmətə başlayıb. Kəşfiyyatçı olaraq bir çox uğurlar qazanıb. Rəssamlıq bacarığı Seyfəlin hərbi xidmətdə xeyli işinə yarayıb. Vətən müharibəsinin ikinci günü Füzuli rayonu uğrunda gedən şiddətli döyüşlərdə Seyfəl Rəfiyev böyük rəşadət göstərərək qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyevin sərəncamna əsasən "Vətən uğrunda” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder