10 Aralık 2021 Cuma

Emil Qurbanov Rafael oğlu


Emil Qurbanov Rafael oğlu

Emil Qurbanov 10 dekabr 1999-cu ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. 15 sentyabr 2007-ci ildə Ziyəddin İsgəndərov adına məktəbin 1-ci sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbi bitirib.


2018-ci ildə Naxçıvan 050 saylı hərbi hissənin kəşfiyyat taborunun snayper ixtisası üzrə xidmət etmişdir. 2019-cu ildə həqiqi hərbi xidmətini bitirib ehtiyyata buraxılmışdı.


2020-ci ilin avqust ayı 057 saylı hərbi hissədə XTQ bölməsində xidmətə başladı. 2020-ci il sentyabr ayının 27-si Vətən müharibəsinə könüllü olaraq ön xətdə (Suqovuşana) yollandı. Murovdağı, Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edib, Mübariz postu daxil olmaqla 22 postumuzu azad etmşdir. 50-dən çox düşmənin canlı qüvvəsini snayperle məhv etmişdir.


10 oktyabr 2020-ci ildə saat 11:30 radələrində Suqovuşandakı 951 yüksəkliyinin azadlığı uğrunda gedən döyüşdə düşmənin tank mərmisindən açılan atəş nəticəsində qəlpə yarası alaraq şəhadətə yüksəlmişdir.



Hiç yorum yok:

Yorum Gönder