23 Aralık 2021 Perşembe

Şəhid Miryasin Mirqafar oğlu Seyidov


 

Şəhid Miryasin Mirqafar oğlu Seyidov

1998-ci il dekabrın 23-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində dünyaya göz açıb. 2005–2016-cı illərdə Əbrəqunus kənd tam orta məktəbində orta təhsil aldıqdan sonra müddətli həqiqi hərbi xidmət qulluqçusu olub.

2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirib. Azərbaycan Ordusunun əsgəri Miryasin Seyidov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Xocavənd döyüşləri gedişatında Qırmızı Bazar qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub 2020-ci il oktyabrın 21-də hərbi əməliyyatlarda döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Miryasin Seyidov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder