16 Aralık 2021 Perşembe

Məhəmməd Kərimli Məzahim oğlu

 


Məhəmməd Kərimli Məzahim oğlu

16 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının Neftçala rayonunda doğulub. Məhəmməd 2007-ci ildə Neftçala rayonu Elton Həbibov adına 4 saylı tam orta məktəbində 1-ci sinfində təhsilə başlayıb. Məhəmməd uşaq yaşlarından şahmat, güləş, boks və basketbolla məşğul olmuş və hər birindən müxtəlif dərəcələr almışdır. 2016-cı ildə Bakı şəhəri Bakı Qida Sənayesi kollecinin Ət və süd məhsullarının texnologiyası fakültəsinin əyanı şöbəsinə daxil olmuş, 2020-ci ildə isə həmin kollecdən məzun olmuşdur.

Məhəmməd Kərimli 23 iyul 2020-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. Xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrə seçilərək xidmətini kəşfiyyatçı olaraq davam etdirmişdir. Öz ərizəsi ilə Murovdağda xidmət edib. Usaqliqdan həmişə "Mən Murovda xidmət edəcəm" deyirmis. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində könüllü olaraq xidmət etmişdir. O, Kəlbəcər, Füzuli, Xocavənd və Murovdağ döyüşlərində yaxından iştirak etmişdir. Məhəmməd Kərimli sentyabrın 30-da Murovdağ uğrunda gedən döyüşlərdə qəhramancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Məhəmməd Kərimli oktyabrın 6-da Neftçala rayonunda dəfn olunmuşdur.


 TƏLTİFLƏRİ


15.12 2020 — "Vətən uğrunda" medalı 


18.12 2020 — "Cəsür döyüşçü" medalı


24.06 2021 — "Xocavəndin azad olunmasına görə" medalı 


24.12. 2021 — "Kəlbəcərin azad olunmasına görə" medalı 


05.11.2021-“Azərbaycan bayrağı” ordeni


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder