11 Aralık 2021 Cumartesi

Nahid Əlizamin oğlu Nəsirov



Nahid Əlizamin oğlu Nəsirov 11 dekabr 1995-ci ildə Saatlı rayonu Ağarəhimli kəndində anadan olmuşdur. 2001-ci ildə C.Cabbarli adına Ağarəhimli kənd orta məktəbin 1-ci sinfinə daxil olmuş, orta məktəbi başa vurduqdan sonra, 2011-2015-ci illərdə Şirvan şəhər Humanitar və İqtisadiyyat Kollecində təhsil almışdır. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Saatlı rayonu Qıraqlı kənd orta məktəbində müəllim işləmişdir.

Hərbi xidmətdə olarkən 2016 - ci il Aprel döyüşlərində fəal iştirak etmiş, göstərdiyi şücaətə gorə komandanlıq tərəfindən mükafata layiq görülmüşdür. 2020-ci il Tovuz döyüşləri zamanı könünlülər sırasına ilk yazılanlardan olmuşdur.2020 - ci il, İkinci Qarabağ müharibəsi zamani hərbi xidmətə çağırılmış, Füzuli, Xocavənd,Cəbrayıl,Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişdir.Döyüş zamanı xeyli sayda erməni məhv edib.Şəhid olacağını hiss edən Nahid saatını qolundan açır və bunu qardaşım Yusifə verərsiz deyib döyüşə atılır.

8 Noyabr Şuşa uğrunda gedən döyuşlərdə düşmənin aldığı qəlpə yarası nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. 10 Noyabr 2020-ci ildə Saatlı şəhərində dəfn olunmuşdur . 



Hiç yorum yok:

Yorum Gönder