19 Kasım 2021 Cuma

Ruslan Əlizadə Arif oğlu



Ruslan Əlizadə Arif oğlu

19 noyabr 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Orta təhsilini Biləsuvar şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərkibində qulluq etmişdir. Hərbi xidmətdən sonra bir müddət kənddə valideynlərinin yanında olmuşdur. Sonra öz arzusu ilə yenidən müqavilə ilə hərbi qulluqçu olmuşdur.

Ruslan Əlizadə 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş, 7 oktyabr 2020-ci il tarixində Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Ruslan Əlizadə 8 oktyabr 2020-ci il tarixində doğulduğu kənddə canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


24.12.2020 — "Cəbrayılın azad olunmasına görə" medalı 


24.06.2021 — "Füzulinin azad olunmasına görə" medalı 


24.06.2021 — "İgidliyə görə" medalı 


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder