29 Kasım 2021 Pazartesi

Taleh Əlizadə


 

Taleh Əlizadə 29 noyabr 1995-ci il tarixində Cəlilabad rayonunun Alar kəndində anadan olub.


Ailəli idi. 1 oğul övladı yadigar qaldı.


Azərbaycan Ordusunun əsgəri olan Taleh Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Taleh Əlizadə oktyabrın 18-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taleh Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!



Hiç yorum yok:

Yorum Gönder