29 Kasım 2021 Pazartesi

Elçin Tehran oğlu Süleymanov


 

Şəhid Elçin Tehran oğlu Süleymanov

1991-ci il noyabrın 29-də Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub.

Ailəli idi. Bir qız övladı yadigar qaldı.

Elçin Süleymanov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir.

Aprel döyüşlərində göstərdiyi şücaətə görə, Müdafiə Nazirliyi tərəfindən fəxri fərmanla təltif edimişdir.

Azərbaycan Ordusunun əsgəri olan Elçin Süleymanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Elçin Süleymanov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Süleymanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Allah rəhmət eləsin.

Hiç yorum yok:

Yorum Gönder