29 Kasım 2021 Pazartesi

Devran Nayıbov Fazil oğlu



Devran Nayıbov Fazil oğlu

29 Noyabr 1993-cü ildə Bərdə rayonunda anadan olub. O, 2011-ci ildə Bərdə şəhər Nizami Gəncəvi adına 2 saylı orta məktəbi bitirib,  2012-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və xidməti dövründə kəşfiyyatçı olub. Devran nümunəvi hərbi xidməti ilə həmişə fərqlənib və buna görə də rəhbərlik tərəfindən dəfələrlə təltif olunub. Onun arzusu xüsusi təyinatlı qoşunlarda xidmət etmək olduğu üçün həqiqi hərbi xidməti başa vurduqdan sonra da bu sistemdə çalışmağa qərar verib

O, 2016-cı ildə qardaş Türkiyədə döyüş hazırlığı kursunu müvəffəqiyyətlə bitirməsi barədə sertifikat almışdır. 2018-ci ildə Türkiyədə keçirilən “EFES- 2018” beynəlxalq hərbi təlimlərdə otuz iki ölkə arasında birinci yerə layiq görülüb. Bundan başqa ayrı-ayrı vaxtlarda Devran Pakistanda, İsraildə, Özbəkistanda, Tacikistanda və Qazaxıstanda hərbi təlimlərdə və yarışlarda iştirak etmiş və ölkəmizin hərbi qüvvələrini ləyaqətlə təmsil edib. O, Türkiyədə və respublikamızda müxtəlif hərbi kursları bitirməsi barədə sertifikatlar almış, müxtəlif illərdə komandanlıq tərəfindən fəxri-fərmanlarla təltif edilib. Kurslarda iştirak etmiş şəxslərə xüsusi əməliyyat keçirmək üçün ekstremal şəraitlərə dözmək, günlərlə ac və susuz qalmaq, müxtəlif silahların istifadə qaydası, bombaların hazırlanması, hər hansı ağrıya dözmək öyrədilirdi. Yəni bu qurumda xidmət etmək üçün çox ağır sınaqlardan keçmək lazım idi. Dözümlü və cəsarətli olanlar kurslardan uğurla çıxır, kursun sonuna çox az adam qalırdı. Devran Nayibov 2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin Tovuz döyüşlərində iştirak etmiş, komandanlıq tərəfindən verilən tapşırıqları cəsarətlə yerinə yetirib.

Beləliklə, Devran xüsusi təyinatlı qoşunlarda xidmətini “maxe” kimi davam etdirib, daha sonra kiçik gizir rütbəsinə kimi yüksəlib. Xüsusi təyinatlı kimi Devran Nayıbov şanlı Aprel döyüşlərinin də iştirakçısı olub.

Devran Nayıbov oktyabrın 7-də Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub. O, Bərdə şəhərinin Şəhidlər Xiyabanında canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı


24.12.2020 — "Cəbrayılın azad olunmasına görə" medalı


29.12.2020 — "Kəlbəcərin azad olunmasına görə" medalı


30.12.2020 — "Hərbi xidmətlərə görə" medalı


24.06.2021 — "Füzulinin azad olunmasına görə" medalı


05.11.2021- “Azərbaycan bayrağı” ordeni


 Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder