20 Kasım 2021 Cumartesi

Mirlətif Ağayev Mirislam oğlu


Mirlətif Ağayev Mirislam oğlu

20 Noyabr 1990-cı il C’lilabad rayonu Göytəpə qəsəbəsində  doğulub 2008-2013-cü illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb.

Mirlətif Ağayev 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi həbi xidmətdə olub.

Azərbaycan Ordusunun leytenantı olan hərbi tibb qulluqçusu Mirlətif Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Mirlətif Ağayev oktyabrın 26-da Qubadlı döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub . Subay idi.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


24.12.2020 — "Cəbrayılın azad olunmasına görə" medalı 


29.12.2020 — "Qubadlının azad olunmasına görə" medalı


24.06.2021-“İgidliyə görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder