9 Kasım 2021 Salı

Xudaverdi Məhəmməd oglu Abbasov


Şəhid Xudaverdi Məhəmməd oglu Abbasov

9 noyabr 1957-ci ildə Agcabədi rayonunun Kəhrizli kəndində anadan olub. Kəhrizli kənd orta məktəbində 10 il təhsil alıb. Bakı şəhərindəki texniki peşə məktəblərinin birində elektrik qaynaqcısı peşəsinə yiyələnib. 1977-ci ildə ailəliklə Agdam rayonuna köcüblər. Moldaviyada hərbi xidmətdə olub. Orada yaxşı xidmət etdiyinə görə komandanlıq tərəfindən müxtəlif fəxri fərmanlara layiq görülüb. Xudaverdi hərbi xidməti başa vurduqdan sonra Agdama qayıdıb. Rayonda elektrik qaynaqcısı peşəsində calışıb.


1992-ci ilin fevral ayında "Qarabagın müdafiə Şahinləri" dəstəsində döyüşməyə başlayıb. Rota komandiri kimi bütün tapşırıqları layiqincə yerinə yetirib. Naxcivanik, Kətik, Xramort kəndləri ugrunda vuruşub. Xanabad, Orta kənd, Kasaped, Dəmirlər, Aterk əməliyyatlarında, Canyataq, Gülyataq kəndlərinin müdafiəsində böyük qəhrəmanlıqlar göstərib. Xocalı faciəsi zamanı yüzlərlə soydaşımızın xilas olunmasında iştirak edib.


Xudaverdi Abbasovun Agdərə rayonunun Mehmanə kəndinin azad edilməsində əvəzsiz şücaəti olub. Kəndin müdafiəsini onun komandirlik etdiyi rota təmin edirdi. Ermənilərin Mehmanə kəndinə növbəti hücumu zamanı igid döyüşcü düşmənlə son nəfəsinədək döyüşüb, düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib və elə bu döyüşdə də 24 avqust 1992-ci ildə qəhrəmanlıqla Şəhid olub. 25 avqust tarixində Xudaverdi Abbasov Kəhrizli kənd qəbiristanlıgında torpaga tapşırılıb.


16 sentyabr 1994-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən Xudaverdi Abbasova "Hərbi Xidmətlərə görə" medalı təltif edilmişdir.


Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder