19 Kasım 2021 Cuma

Adəm Əliyev Ilqar oğlu


Adəm Əliyev Ilqar oğlu

19 Noyabr 2000-ci il ildə Ağdam rayonunun Üçoğlan kəndində anadan olub. 2002-ci ildə ailəsi ilə birgə Kürdəmirə köçüb. 2019-cu ildə Bakıda əczaçılıq kursunu bitirib.

Adəm Əliyev 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Gəncədə yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Hərbi xidməti bitdikdən sonra eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Adəm Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Adəm Əliyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


18.12.2020 — "Cəsur döyüşçü" medalı 


29.12.2020— "Kəlbəcərin azad olunmasına görə" medalı 


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder