26 Kasım 2021 Cuma

Turqut Keçiliyev


Turqut Keçiliyev 26 noyabr 1997-ci ildə Balakən rayonu Hənifə kəndində anadan olmuşdu. 2004-2015-ci illərdə 1 saylı Qazma kənd tam orta məktəbində təhsil almışdır.

   Subay idi.

   Turqut Keçiliyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdı.  2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət etmişdir.

      Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Turqut Keçiliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.

   Turqut Keçiliyev oktyabrın 25-də Füzuli döyüşlərində şəhid olmuşdur. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılmışdır.

      Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, şəhid Keçiliyev Turqut, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 

15.12.2020-ci il tarixli Sərəncamına 

əsasən  

"Vətən uğrunda",

24.12.2020-ci il tarixli Sərəncamına 

əsasən 

"Cəbrayılın azad olunmasına görə" 

25.12.2020-ci il tarixli Sərəncamına 

əsasən 

"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir. 


  Allah rəhmət eləsin. Məkanı cənnət, ruhu şad olsun, inşallah! Nur içində yatsın. Amin!

Hiç yorum yok:

Yorum Gönder