18 Kasım 2021 Perşembe

Məhəmməd Nadir Rzayev



Məhəmməd Nadir Rzayev 18 noyabr 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.2000-2011-ci illərdə Sumqayıt şəhər 17 saylı tam orta məktəbdə təhsil almışdır.

Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Məhəmməd Nadir Rzayev 13 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. 


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Nadir Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Hiç yorum yok:

Yorum Gönder