26 Kasım 2021 Cuma

Pirseyidov Elnur Nasir oğlu


 Pirseyidov Elnur Nasir oğlu

Elnur Pirseyidov 1993-cü il noyabrın 25-də Qusar rayonunun Avaran kəndində anadan olub. Ailəli idi.

Azərbaycan Ordusunun giziri olan Elnur Pirseyidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Pirseyidov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Pirseyidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.



Hiç yorum yok:

Yorum Gönder