25 Kasım 2021 Perşembe

Türkay Hüseynli Nizami oğlu


 Türkay Hüseynli Nizami oğlu

25 Noyabr  1990-cı ildə Bakı şəhərində doğulub. DİN-in Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsində qrup komandiri vəzifəsində xidmət edib.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı olan Türkay Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Türkay Hüseynli oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. İkinci fəxri xiyabanda General Polad Həşimovla eyni sırada dəfn olunub. Subay idi.


TƏLTİFLƏRİ

 26.06.2020 — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı


15.12.2020 — "Vətən uğrunda" medalı 


15.12.2020 — 3-cü dərəcəli "Rəşadət" ordeni 


24.12.2020 — "Cəbrayılın azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder