12 Kasım 2021 Cuma

Günəş Əfqan oğlu Qocayev


 
Şəhid Günəş Əfqan oğlu Qocayev
1996-cı il noyabrın 13-də Xaçmaz rayonunun Palçıqoba kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Günəş Qocayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Günəş Qocayev noyabrın 1-də Xocavənd döyüşləri zamanı şəhid olub. Xaçmaz rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Günəş Qocayev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edildi.

Allah rəhmət eləsin.

Hiç yorum yok:

Yorum Gönder