26 Kasım 2021 Cuma

Emil Əhmədov


 

Emil Əhmədov 26 noyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Yasamal rayonu 20 nömrəli orta məktəbdə təhsilini başa vurduqdan sonra aşbazlıq məktəbini bitirmişdir.


Onun atası Bahadur Əhmədov Birinci Qarabağ müharibəsində şəhid olub.


Həqiqi hərbi xidmətini Gəncədə yerləşən hərbi hissələrdən birində başa vurduqdan sonra Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) tankçı peşəsi üzrə çavuş kursunda iştirak edib. Hərbi təhsilin ardınca üç illik müqavilə ilə çavuş kimi xidmət edib. Sonra isə nümunəvi xidmətinə görə müqaviləsi uzadılaraq TTM-də gizir kursuna göndərilib. Kursu bitirən gizir Emil Əhmədov tank komandiri təyin edilib.


Aprel döyüşlərində iştirakı Redaktə

2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərinin iştirakçısı olmuşdur.


İkinci Qarabağ müharibəsində iştirakı Redaktə

Azərbaycan Ordusunun giziri olan Emil Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin, Hadrutın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emil Əhmədov oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əhmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əhmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əhmədov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Əhmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!


Hiç yorum yok:

Yorum Gönder