19 Kasım 2021 Cuma

Maarif Rahim oğlu Həsənov


 

Maarif Rahim oğlu Həsənov 1999-cu il noyabr ayının 19-da Göyçay rayonunda anadan olub.Rahimin oğlu Maarif bu il sentyabr ayının 29-da qismən səfərbərlik haqqında sərəncama əsasən, Vətən müharibəsinə yollandı. Onu da bildirim ki, Maarif təxminən 7 ay əvvəl həqiqi hərbi xidmətdən qayıtmışdı. Babası, atası, əmiləri kimi ürəkli, cəsarətli bir oğul idi. Oktyabr ayının 12-dən Maarifdən bir xəbər yox idi. Demək olar ki, hər gün atası Rahimlə telefonla əlaqə saxlayır, bütün mümkün vasitələrlə Maarifilə bağlı dəqiq bir məlumat almağa çalışırdıq. Hamımız həyəcan, narahatçılıq, üzüntü içində idik. Nəhayət, düz 35 gündən sonra Maarifin Ağdərə uğrunda gedən döyüşlərdə igidliklə şəhid olması xəbərini aldıq. Öz komandiri ilə şiddətli döyüşdən geri dönərkən gözlənilmədən 7 nəfər erməni əsgəri ilə qarşılaşan Maarif özünü itirmir və əlindəki qumbara ilə 4 ermənini məhv edir. Sağ qalan 3 ermənidən biri Maarifə atəş açır və o, həlak olur. Maarifin komandiri isə qalan 3 ermənini öldürür, özü isə ağır yaralanır. Sonradan hərbi xəstəxanada müalicə olunarkən Maarifin valideynlərinə zəng edərək Maarifin onun həyatını xilas etdiyini bildirir və belə igid, qeyrətli, vətənpərvər oğul böyütdüklərinə görə onlara ürəkdən təşəkkür edir. 


Maarif Həsənov Göyçay rayonunda Şəhidlər Xiyabanında dəfn edilib.


Hiç yorum yok:

Yorum Gönder