13 Kasım 2021 Cumartesi

Səxavət Həsənov Alim oğlu


Səxavət Həsənov Alim oğlu 

13 noyabr 1994-cü ildə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra, müddətli hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini "N" saylı hərbi hava qüvvələrində nümünəvi əsgər kimi başa vurmuşdur. Uşaqlıqdan idmana böyük marağı olan Səxavətin, xidmətdə olduğu müddətdə daş qaldırma üzrə 1-ci yerə layiq görülərək, fəxri fərmanla təltif olunmuşdur. Səxavət Həsənov xidməti bitirdikdən sonra, müxtəlif yerlərdə, Gəncə Mallda mühafizəçi işləməyə başlamışdır.

Səxəvət Həsənov Alim oğlu 2020-ci ilin sentyabr ayında Gəncə şəhər Kəpəz rayon şöbəsinə könüllü olaraq müraciət edib və sentyabrın 23-də hərbi təlimlərə yollanıb. 27 sentyabr 2020-ci il tarixində İkinci Qarabağ müharibəsinin başlamasıyla, Səxavət Həsənov ordu sıralarına qatılmışdır və müxtəlif istiqamətlərdə döyüşərək böyük şücaət göstərmişdir. Ən son 3 noyabr 2020-ci il tarixində Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Şəhidin nəşi ailəsinə təhvil verilərək, Gəncə şəhər Şəhidlər xiyabanında böyük izdihamla canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


 TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


29.12.2020 — "Laçının azad olunmasına görə" medalı 


29.12.2020-Hərbi xidmətlərə görə


 Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder