13 Kasım 2021 Cumartesi

Elməddin Məhərrəmov Şahlar oğlu

 




Şəhid Elməddin Məhərrəmov Şahlar oğlu

13 Noyabr 1999-cu ildə Siyəzən rayonunun Məşrif kəndində anadan olub. Siyəzən rayon Məşrif kənd məktəbini bitirib.

Azərbaycan Ordusunun əsgəri olan Elməddin Məhərrəmov (2019-cu ildə hərbi xidmətə yollanıb) 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər (Murovdağ), Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elməddin Məhərrəmov 5 oktyabrda Cəbrayıl döyüşləri zamanı şəhid olub. Subay idi.


 TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


25 dekabr 2020 — "Füzulinin azad olunmasına görə" medalı


29 dekabr 2020 — "Kəlbəcərin azad olunmasına görə" medalı


24.06.2021 — "Cəsur döyüşçü" medalı 


05.11.2021- “Azərbaycan Bayrağı” ordeni


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder