10 Kasım 2021 Çarşamba

Elsəfa Səməd oğlu Əliyev


Şəhid baş əsgər Elsəfa Səməd oğlu Əliyev

1978-ci il noyabrın 10-da Füzuli rayonunun II Mahmdulu kəndində anadan olub.


Azərbaycan Ordusunun baş əsgəri olan Elsəfa Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elsəfa Əliyev sentybarın 27 -də Füzuli döyüşləri zamanı şəhid olub. Füzuli rayonunun II Mahmudlu kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəfa Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elsəfa Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder