27 Kasım 2021 Cumartesi

Kənan Məmiş oğlu Səlimzadə


 

Şəhid gizir Kənan Məmiş oğlu  Səlimzadə

1997-ci il noyabrın 25-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub.


Azərbaycan Ordusunun giziri olan Kənan Səlimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Səlimzadə oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Səlimzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Səlimzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin.

Hiç yorum yok:

Yorum Gönder