19 Kasım 2021 Cuma

Məmmədov Hikmət Lətif oğlu


 

Məmmədov Hikmət Lətif oğlu


Məmmədov Hikmət Lətif oğlu 19 noyabr 1993-cü ildə Gəncə şəhərində doğulmuşdur.


2000-ci ildə Kəlbəcər rayonunun Gəncə şəhərində yerləşən 98 nömrəli orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2011-ci ildə həmin orta məktəbi bitirmişdir. 


2011-ci ildə Gəncə Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisasına daxil olmuş, 2015-ci ildə ali təhsilini başa vurmuşdur. 


2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı «N» saylı hərbi hissədə xidmət etmişdir. 


2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılmışdır. 


27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmişdir. 


2 oktyabr 2020-ci il tarixində Goranboy rayonunun Buzluq kəndində gedən döyüşlərdə şəhid olmuşdur. 


4 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur.


 Məmmədov Hikmət Lətif oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur. 


Subay idi. 



Hiç yorum yok:

Yorum Gönder