20 Kasım 2021 Cumartesi

Daşqın Ağayev Əliqulu oğlu



Daşqın Ağayev Əliqulu oğlu

21 Noyabr  1987-ci il noyabrın 21-də Sumqayıt şəhərində doğulub. 1993-2004-cü illərdə Sumqayıt şəhərində 29 nömrəli tam orta məktəbdə təhsil alıb. 

Daşqın Ağayev 2006-2007-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Daşqın Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Ağayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanlnda canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.

Ailəli idi. 2 övladı yadigar qaldı.


 TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı 


24.06.2021 — "Cəbrayılın azad olunmasına görə" medalı 


24.06.2021 — "Xocavəndin azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder