10 Kasım 2021 Çarşamba

Nicat Höccət oğlu Qasımzadə


Şəhid Nicat Höccət oğlu  Qasımzadə

10.11.2000-ci il Biləsuvar rayon Zəhmətabad kəndində doğulub.


2019-cu il yanvar ayının 3-ü hərbi xidmətə başlayıb. İlk 3 ay Goranboy rayonunda xidmət edib. Daha sonra Ağdama yollanaraq 3 ay artilleriya qoşunlarında xidmətini davam edir. Nicat Qasımzadəyə hərbi xidməti dövründə pulemyotçu vəzifəsi verilir, daha sonra manqa komandiri olur. Xidmətinin axırıncı 2 ayını isə kiçik çavuş rütbəsi ilə başa vurur və 6 iyul 2020-ci il tarixində tərxis olunur.


Nicat, qismən səfərbərliklə 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə çağırıldı. O, müharibə dövründə Füzuli və Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə iştirak etmiş və düşmənin xeyli canlı qüvvəsini məhv etmiş, bir neçə yaralı dostunu xilas etmişdir. 10 noyabrda ürəyindən aldığı qəlpə yarası nəticəsində qəhrəmancasına şəhid olmuşdur. Şəhid Nicat Qasımzadə 12 noyabr 2020-ci il tarixində doğulduğu Zəhmətabad kənd məzarıstanlığında dəfn olunmuşdur.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Qasımzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Qasımzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.


Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Qasımzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!

Hiç yorum yok:

Yorum Gönder