16 Kasım 2021 Salı

Zamiq Əhmədov Çingiz oğlu


Zamiq Əhmədov Çingiz oğlu


16 Noyabr 1987-ci ildə Göyçay rayonunun Ləkçılpaq kəndində doğulub. 


Azərbaycan Ordusunun əsgəri olan Zamiq Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Zamiq Əhmədov sentyabrın 27-də Ağdam istiqamətində şəhid olub. Göyçay rayonunun Ləkçılpaq kəndində canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub. 

Evli idi, iki övladı Vətənə əmanətdir.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 

29.12.2020 — "Ağdamın azad olunmasına görə" medalı 


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder