14 Kasım 2021 Pazar

Məmmədli Ramin Aydın oğlu


Məmmədli Ramin Aydın oğlu

 14 noyabr 1997-ci ildə Şəki rayonu Babaratma kəndində anadan olmuşdur. 2004-cü ildə Babaratma kənd orta məktəbində təhsil almağa başlamışdır. Əmisi Habil Məmmədov Birinci Qarabağ müharibəsi qazisidir. Ramin Məmmədli, məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 2016-2017-ci illərdə Tap Qaraqoyunlu və Talışkənd ərazilərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmət illərində kəşfiyyatçı olaraq fəaliyyət göstərmişdir. Sentyabr ayının 29-dan könüllü olaraq Vətən müharibəsinə yollanmışdır. Ramin, Goranboy-Ağdərə istiqamətində olan döyüşlərdə şücaətlə vuruşmuşdur.

Döyüşlərdən birində qəlpə yarası almasına baxmayaraq, Ramin, yaralı halda neytral zonada olan digər bir silah yoldaşına yardım etmək üçün irəli qaçır. Ancaq bu anda snayper gülləsinə tuş gəlir və Suqovuşan ərazisində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlir. O, 18 oktyabr 2020-ci il tarixində doğulduğu Babaratma kəndində canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


 TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı 


29.12.2020 — "Suqovuşanın azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder