27 Kasım 2021 Cumartesi

Cavad Gülverdi oğlu Babayev


 

 Cavad Gülverdi oğlu Babayev 28 noyabr 1998-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. 2005-2016-ci illərdə Qızılağac kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2017-2018-ci illərdə Gədəbəy rayonunda həqiqi hərbi xidmətini uğurla başa vurub. Tikinti şirkətlərindən birində işləyib.Cavad torpaqlarımızın azad olunmasında igidlik göstərərək noyabrın 11-i Qubadlı uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi Qızılağac kənd qəbristanlığında böyük izdihamla dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Cavad Gülverdi oğlu Babayev ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" , “Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.


Hiç yorum yok:

Yorum Gönder