12 Kasım 2021 Cuma

Əhmədov Cavanşir Xeyrulla oğlu


 Əhmədov Cavanşir Xeyrulla oğlu

O, 1999-cu il  noyabrın 12-də  Qaradağ rayonu Ələt qəsəbəsində anadan olub. 2016-cı ildə orta məktəbi bitirərək, İnşaat Kollecində təhsilini davam etdirib. Hərbiyə olan marağı onu atıcılıq kurslarına da yazılmağa sövq edib. 2020-ci ilin iyul ayında isə kolleci mühəndislik ixtisası üzrə bitrərək, hərbi xidmətə yollanıb.


 Müharibə başlayan ilk gündən Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi ön cəbhədə vuruşub, Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib. Xocavənd döyüşlərində iştirak edib və 15 oktyabr tarixində şəhid olub. 


  O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə"  medalları ilə təltif edilib. 


Hiç yorum yok:

Yorum Gönder