27 Kasım 2021 Cumartesi

Şaiq Cavadzadə Faiq oğlu


Şaiq Cavadzadə Faiq oğlu

28 Noyabr 1995-ci ildə Ağsu rayonunda doğulub. 2002-ci ildə Ağsu rayonundakı Zahid Hüseynov adına tam orta məktəbdə başladığı təhsilini 2013-ci ildə tamamlayıb. 2014-cü ildə hərbi xidmətini başa vurub. Taekvando idman növü ilə məşğul olub.

Azərbaycan Ordusunun əsgəri olan Şaiq Cavadzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.

Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şaiq Cavadzadə 21 oktyabrda Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olub. Ağsu şəhərində canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub..


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı


25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder