25 Kasım 2021 Perşembe

Mansurov Elçin Elşən oğlu


Mansurov Elçin Elşən oğlu

25 Noyabt 1984-cü ildə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən "Aviaşəhərcik" adlanan aeroport işçilərinin yaşadığı şəhərcikdə anadan olub. Əslən Yardımlı rayonunun Kürəkçi kəndindən idi.

Elçin Mansurov ilk təhsilini əvvəlcə Binə qəsəbəsində yerləşən 149 nömrəli orta məktəbdə alıb. Ailə vəziyyəti ilə əlaqədar olaraq Yasamal rayonuna köçən Elçin Mansurov burada 286 nömrəli orta məktəbi təhsilini davam etdirib. 8-ci sinifdən sonra Yardımlı rayonunun Kürəkçi kənd məktəbində təhsil alan Elçin Mansurov orta təhsilini bu məktəbdə başa vurub. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Şəhid baş leytenant Fərid Əhmədov ilə kursant yoldaşı olub. 2007-ci ildə ali hərbi məktəbi nümunəvi kursant olaraq bitirdikdən sonra təkmilləşdirmə kursu keçib.

Atası Elşən Fürsənd oğlu Mansurov Bakı Aeroportunda uzun illər müəyyən vəzifələrdə çalışıb.

Elçin Mansurov təkmilləşdirmə kursunu keçdikdən sonra 2007-ci ilin iyul ayında Tovuzda yerləşən "N" saylı hərbi hissədə leytenant rütbəsi ilə hərbi vəzifəsinə başlayıb. 2009-cu ildə Goranboyda yerləşən "N" saylı hərbi hissədə kəşfiyyatçı zabit olaraq xidmət edib. 13 illik hərbi xidmət müddətində Tovuz, Murovdağ və Füzulidə yerləşən "N" saylı hərbi hissədə xidmət edib. Xidməti zamanı kəşfiyyatçı vəzifəsində olub.


Elçin Mansurov belə bir fikir formalaşdırmışdır:

Kəşfiyyat ordunun görən gözüdür.

Məqsədimiz hərbi qulluqçulardan peşəkar kəşfiyyatçı yetişdirməkdir.

Mən fəxr edirəm ki, kəşfiyyatçıyam.


Elçin Mansurov qüsursuz xidmətinə görə general-mayor Mais Bərxudarov və digər zabitlər tərəfindən fəxri fərman və təşəkkürnamələrlə təltif edilib.


Aprel döyüşlər

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Elçin Mansurov döyüşlərdə yaxından savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan xətti" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Həmin döyüşlərdən 2 il sonra Elçin Mansurov II dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edildi. Elçin Mansurova 2020-ci ilin yay aylarında "mayor" rütbəsi verilib.


2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.

Azərbaycan Ordusunun mayoru olan Elçin Mansurov 3 il idi ki, Füzuli rayonunda, təmas xəttində xidmət edir və işğal olunmuş əraziləri kəşfiyyat məqsədilə ziyarət edirdi. Həmin gün saat 09:30 radələrində 25 nəfərə qədər olan Elçin Mansurovun qrupu təmas xəttini ilk yaran qruplardan biri oldu. 45 dəqiqə ərzində Elçin Mansurovun qrupu tərəfindən iki dəfə hücum gerçəkləşdi və Ermənistan Ordusunun iki tağımı darmadağın edildi və əvvəlcə, 3, sonra 2 xüsusi əhəmiyyətli post və strateji yüksəkliklər ələ keçirildi. Mansurov həmin yüksəkliklərdə yaralansa da, 12 yaralını döyüş meydanından çıxara bildi. Elçin Mansurov 27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə "Burğa dərəsi" adlanan ərazidə qarşı tərəfin ikinci eşelonu yarılan zaman snayper gülləsinin dəyməsi nəticəsində şəhid oldu. Uzun müddət tapılmayan nəşi birinci atəşkəs günü, yəni, 10 oktyabr 2020-ci ildə Kənd Horadiz yaşayış məntəqəsi ətrafında tapıldı və ertəsi gün II Şəhidlər Xiyabanında torpağa tapşırıldı.


TƏLTİFLƏRİ


26.06.2008 — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı


26.06.2013 — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı


26.06.2013 — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı


26.06.2018 — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı


26.06.2018 — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı


9.12.2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı 


15.12.2020 — "Vətən uğrunda" medalı 


25.12.2020 — "Xocavəndin azad olunmasına görə" medalı AZ For liberation medal ribbon.png


25.12.2020 — "Füzulinin azad olunmasına görə" medalı 


24.06.2021) — "İgidliyə görə" medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq

Hiç yorum yok:

Yorum Gönder