13 Kasım 2021 Cumartesi

Qasımov Səbuhi Telman oğlu


 

Qasımov Səbuhi Telman oğlu

Səbuhi Qasımov 2001-ci il noyabrın 12-də Şəmkir rayonunda anadan olub. 2009–2018-ci illərdə C. Rüstəmov adına Şəmkir şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.


Səbuhi Qasımov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.


Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Səbuhi Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səbuhi Qasımov Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Noyabrın 18-də Şəmkir rayonunda dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Qasımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.



Hiç yorum yok:

Yorum Gönder