10 Aralık 2021 Cuma

Ariz Məhərrəmov


Ariz Məhərrəmov 1982-ci il dekabrın 10-da Saatlı rayonunun Qara Nuru kəndində anadan olub.

Ailəli idi. 2 övladı yadigar qaldı.


Azərbaycan Ordusunun giziri olan Ariz Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ariz Məhərrəmov oktyabrın 20-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Saatlı rayonunun Qara Nuru kəndində dəfn olunub.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ariz Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.


Allah rəhmət eləsin!


 

Hiç yorum yok:

Yorum Gönder