1 Aralık 2021 Çarşamba

Rüstəmov Elnur İsmayıl oğlu


 

Rüstəmov Elnur İsmayıl oğlu 1 dekabr 2020-ci ildə Beyləqan rayon Kəbirli kəndində dünyaya gəlib.

 Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Rüstəmov 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Rüstəmov ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə,  "İgidliyə görə" ,  "Cəbrayılın azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə"

 medalları ilə təltif edildi. 



Hiç yorum yok:

Yorum Gönder