1 Aralık 2021 Çarşamba

Taleh Aslanov Elman oğlu


Taleh Aslanov Elman oğlu

1 Dekabr 1996-cı ildə Goranboy şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Taleh Aslanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Taleh Aslanov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub.


TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı


24.06.2021 —“Suqovuşanın azad olunmasına görə” medalı


24.06.2021-“Cəsur döyüşçü” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

Hiç yorum yok:

Yorum Gönder