1 Aralık 2021 Çarşamba

Tofiq Ağaquliyev Rafiq oğlu



Tofiq Ağaquliyev Rafiq oğlu

1 Dekabr  2000-ci ildə Cəlilabad şəhərində doğulub.

Tofiq Ağaquliyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun əsgəri olan Tofiq Ağaquliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tofiq Ağaquliyev oktyabrın 28-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Cəlilabad şəhərində canını uğrunda qurban verdiyi Vətən torpağına əmanət olunub.


 TƏLTİFLƏRİ

15.12.2020 — "Vətən uğrunda" medalı


29.12.2020 — "Laçının azad olunmasına görə" medalı


5.11.2021-“Suqovuşanın azad olunmasına görə” medalı


Ruhunuz qarşısında baş əyirik, haqqınız ödənilməz!

Sizi əsla unutmayacağıq, unutdurmayacağıq.

 

Hiç yorum yok:

Yorum Gönder